Maksim Qorkinin “Uşaqlıq”ı nəşr olunub

Maksim Qorkinin “Uşaqlıq”ı nəşr olunub
14 may 2014
# 09:57

Maksim Qorkinin “Uşaqlıq” kitabı dərc olunub. Kitab “Qanun” nəşriyyatında çap olunub. Əsərin tərcüməçisi Ənvər Məmmədxanlıdır.

Əsərdə balaca Alekseyin acınacaqlı taleyindən bəhs edilir. Ömründə ən ağır və məşəqqətli anlarla üzləşən Aleksey bütün bu məhrumiyyətlərə baxmayaraq, həyatın acısına tab gətirir.

Maksim Qorki böyük sənətkarlıqla balaca Alekseyin dözümünü, mətanətini təsvir edir, eyni zamanda müxtəlif insan tiplərini bütün eybəcərlikləri ilə birlikdə Alekseyin gözünə açır, onun tədricən inkişafını göstərir.

# 1888 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #