Ukrayna Kann festivalında rekord qırdı

Ukrayna Kann festivalında rekord qırdı
8 may 2014
# 14:05

67-ci Kann festivalının müxtəlif proqramlarında 8 Ukrayna filmi nümayiş olunacaq

İndiyə kimi heç bir ölkənin bu sayda filmi festivala düşməyib.

Təqdim olunacaq 8 filmdən 5-i qısametrajlıdır və Short Film Corner seksiyasında göstəriləcək.

Miroslava Slaboşpitskonun “Tayfa” ekran işi “Tənqid həftəsi” proqramında iştirak edəcək və ən yaxşı debüt film kimi “Qızıl kamera” uğrunda mübarizə aparacaq.

Kinobaxışın əsas hadisəsı isə hər filmi Kann festivalına qəbul olunan rejissor Sergey Loznitsanın “Maydan” sənədli lentidir. “Xüsusi baxış” proqramında göstəriləcək film, adından göründüyü kimi, Kiyevdəki məşhur inqilabi hadisələrdən bəhs edir.

2012-ci ildə Loznitsanın “Dumanda” filmi tənqidçilərin mükafatını – FİPRESCİ-ni alıb. Rejissorun “Xoşbəxtliyim mənim” adli ilk filmi isə Kann festivalının əsas proqramına düşüb.

67- ci Kann kinofestivalı mayın 14-dən 25-dək keçiriləcək. Münsiflər heyətinə rejissor Ceyn Kempion sədrlik edəcək.

# 2945 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #