Orxan Pamukun Tiflisdə görüşü keçirilib FOTOLENT

Orxan Pamukun Tiflisdə görüşü keçirilib FOTOLENT
14 mart 2014
# 11:27

Dünən Tiflisin “Rustaveli” teatrında Nobelli yazıçı Orxan Pamukla görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdən öncə yazıçı Gürcüstana gəlişi ilə bağlı jurnalistlərə açıqlama verib. Sonra türkiyəli yazıçı O. Pamuk oxucular, ictimaiyyət nümayəndələri, gürcü mədəniyyət və ədəbiyyat xadimləri, hökumət nümayəndələri, ziyalıları və gənclərin iştirak etdiyi görüşdə çıxış edib.

O. Pamuk çıxışında əsərləri barədə məlumat verərək, rus ədəbiyyatının məşhur yazıçılarının əsərlərini oxuduğunu və gürcü ədəbiyyatına bələd olmadığını bildirib. O, İstanbulda anadan olduğu barədə və ailə üzvlərinin demək olar ki, hamısının İstanbul Texniki Universitetini bitirərək mühəndis ixtisasına yiyələndiklərini bildirib.

Orxan Pamuk Tiflisdəki Azadlıq Universitetinin tələbələri qarşısında məruzə ilə çıxış edib: “Mən çox şadam ki, mənim kitablarım Gürcüstanda məşhurdur və gürcü oxucuları mənim əsərlərimi sevirlər”.

Orxan Pamukun gürcü dilinə tərcümə olunmuş 5 kitabı - “Cövdət bəy və oğulları”, “Mənim Adım Qırmızı”, “Səssiz Ev”, “Qara kitab” və “Qar” romanları təqdim olunub.

# 2135 dəfə oxunub

Müəllifin son yazıları

# # #