XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq Yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” romanı birinci və ikinci kitablar şəklində yenidən nəşr olunub.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən və iki kitabdan ibarət romanın redaktoru yazıçının nəvəsi, tanınmış nasir və dramaturq Afaq Məsuddur.
Nəfis tərtibat və yüksək zövqlə hazırlanmış kitab “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunub.