Teatr xadimlərimiz beynəlxalq festivalda

Teatr xadimlərimiz beynəlxalq festivalda
17 yanvar 2013
# 16:02

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, xalq artisti Cənnət Səlimova və əməkdar artist Şövqi Hüseynov İran İslam Respublikasının paytaxtı Tehranda keçiriləcək 31-ci "FƏCR" Beynəlxalq Teatr Festivalında jüri olacaqlar. Bu barədə Kulis.Az-a Cənnət Səlimova açıqlama verib.

Hər il təşkil olunan festival bu il yanvarın 21-dən 31-dək davam edəcək.

Qeyd edək ki, əvvəlki festivallarda Gənc Tamaşaçılar Teatrının "Otello" (2011) və "Don Raffael-trombonçu" (2012) tamaşaları uğurla nümayiş etdirilib.

# 2235 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #