“Most” beynəlxalq kinofestivalı başlayıb

“Most” beynəlxalq kinofestivalı başlayıb
5 sentyabr 2019
# 13:00

Sentyabrın 4-də Serbiyanın cənubunda yerləşən Vrana şəhərində “Most” beynəlxalq kinofestivalı start götürüb.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, açılış zamanı festivalın rəhbəri Militsa Yaniç qonaqlara bütün il boyu gördükləri işlər barəsində məlumat verib və onları rejissorların yaradıcılığı ilə tanış edib.

Festival Miroslav Frakşanın çəkdiyi “Divünatsima” ekran əsəri ilə başlanıb. Film 1916-cı ildə serbi və bolqarlar arasında gedən döyüşlərdən bəhs edir.

Sonra bir-birinin ardınca Nenad Ristiçin “Deyana”, “Qraf Vronskonun ölümü və ulduzu: Serb qambiti” filmləri nümayiş olunub.

Üç gün davam edəcək festivalda Azərbaycan, Əlcəzair, Boliviya, Almaniya, Hindistan, Kamerun, Şimali Makedoniya, Nigeriya, Pakistan, Xorvatiya və Serbiyadan olan kinorejissorların əsərləri nümayiş olunacaq.

# 1854 dəfə oxunub

Müəllifin son yazıları

# # #