Rəqs kollektivimiz beynəlxalq festivalda olub

Rəqs kollektivimiz beynəlxalq festivalda olub
29 iyul 2019
# 12:52

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbinin “Banu” rəqs kollektivi Türkiyənin Anamur vilayətində keçirilən 13-cü Uluslararası Kültür və Muz festivalında iştirak edib.

Festival Türkiyə Cümhuriyyətinin Anamur Bələdiyyəsi tərəfindən təşkil olunub.

Məktəbin “Banu” rəqs kollektivinin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın sonuncu günü “Banu” rəqs kollektivi fəal iştirakına görə təltif olunub./azertag.az/

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

# # #