“Quş dili” tamaşasının təqdimatı olub

“Quş dili” tamaşasının təqdimatı olub
8 dekabr 2017
# 10:27

Dekabrın 7-də Kukla Teatrının səhnəsində “Yuğ” Teatrının təqdim etdiyi yeni “Quş dili” tamaşasının premyerası keçirilib.

Tamaşanın rejissoru Əbdülqəni Əliyev təqdimatdan əvvəl gənc yazar Təranə Vahidin hekayələri əsasında hazırladığı tamaşanın özəllikləri barədə məlumat verib. Rejissorun sözlərinə görə onu belə bir səhnə əsəri hazırlamağa sövq edən yazıçının dünyaya, ətrafımızda baş verənlərə olduqca fərqli baxışı olub.

Quruluşçu rəssamı Umay Həsənova olan səhnə əsərinin musiqi tərtibatı Amid Qasımova məxsusdur. Rolları Əməkdar Artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, İlahə Məmmədzadə və başqaları ifa edir.

Böyük maraq doğuran tamaşada hadisələr gözdən uzaq bir dağ kəndində baş verir.

# 1733 dəfə oxunub

Müəllifin son yazıları

# # #