Məşhur türk yazıçısı Səbahəddin Əlinin “Xəz paltolu madonna” əsəri səhnələşdirilir.
Əsərə istedadlı türk rejissor Engin Alkan quruluş verir. Baş rolları Menderes Samançılar, Tüba Ünsal, Alper Saldıran, Lila Gürmen və başqaları ifa edəcəklər.
Tamaşanın musiqisi Sezen Aksuya aid olacaq.
Romanın yaxınlarda filmə çəkilməsi də planlaşdırılır.
Xatırladaq ki, “Xəz paltolu madonna” Azərbaycan dilinə də uyğunlaşdırılıb və oxucuların böyük marağına səbəb olub.