Nəzakət Teymurova Opera Teatrından getdi - YENİLƏNİB

<b>Nəzakət Teymurova Opera Teatrından getdi</b> - <span style="color:red;">YENİLƏNİB
13 yanvar 2017
# 17:44

Sənətçi yenicag.az saytına özəl açıqlamasında bir də ayağını həmin teatra qoymayacağını və opera səhnəsinə çıxmayacağını bildirib:

“Öz ərizəmlə işdən getmişəm. Bunun üçün öz səbəblərim var. Heç vaxt kiməsə ixtiyar vermərəm və kiməsə şərait yaratmaram ki, məni işdən azad eləsin. Görəndə ki, o yerdən getmək lazımdır, ərizəmi yazdım və getdim. İndən belə heç vaxt məni səhnədə Leyli kimi görməyəcəksiniz. Yalnız lent yazılarında bunu görə bilərsiniz. Qoy opera səhnəsində başqaları çıxış etsin. Başqa deyəcəyim yoxdur”.

Qeyd edək ki, N.Teymurova 21 ildir ki, “Leyli və Məcnun” operasında ən çox sevilən Leylilərdən olub. O eyni zamanda “Gəlin qayası” və digər operalarda aparıcı partiyaları ifa edib.

Xalq artisti ilə geniş müsahibəni bazar ertəsi saytımızda oxuya bilərsiniz…

15:41

Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrından gedib. Kulis.aza danışan müğənni öz ərizəsi ilə işdən getdiyini bildirib.

Müğənni bu barədə başqa açıqlama vermək istəməyib.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən isə bildiriblər ki, Nəzakət Teymurova ötən ilin noyabr ayından ərizəsini yazıb: “Nəzakət xanım aktiv pedaqoji fəaliyyətlə məşğul olurdu. Bizdə isə əvəzçilik üzrə işləyirdi. Ancaq Leyli rolunda çıxış edirdi. Buna görə də öz istəyi ilə ərizə yazıb. Biz də onun istəyini yerinə yetirmişik. ”

# 1689 dəfə oxunub

Müəllifin son yazıları

# # #