Müasir İncəsənət Məkanında canlı musiqi

 Müasir İncəsənət Məkanında canlı musiqi
24 avqust 2016
# 10:40

Avqustun 31-də YARAT Müasir İncəsənət Məkanında canlı musiqi axşamı təşkil olunacaq.

Bu dəfə gecənin qonağı Azərbaycan və Fransa musiqisinin mahir ifaçısı, Fransada “Səs 2016” mahnı müsabiqəsinin iştirakçısı, bəstəkar Araz Hümbətli olacaq.

Gənc ifaçının əsas musiqi istiqaməti psixodelik etno-fyujn janrıdır və o, böyük müvəffəqiyyətlə öz milli musiqisini xarici ölkələrdə də ifa edir.

“Red Sky” adlı rok qrupunun yaradıcısı və rəhbəri kimi də tanınan A. Hümbətovun fikrincə ifa etdiyi musiqi janrı insana dəruni səyahət təcrübəsi üçün imkanlar yaradır.

Qeyd edək ki, iştirak etmək istəyənlər üçün giriş sərbəstdir.

# 944 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #