Uşaqlar üçün tamaşanın premyerası olacaq

Uşaqlar üçün tamaşanın premyerası olacaq
5 oktyabr 2015
# 15:55

Noyabrın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Biri var idi, biri yox” adlı yeni tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə Əjdər Olun eyni adlı pyesi əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Bəhram Osmanovdur.

Tamaşının rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Yeni səhnə əsərində teatrın gənc və istedadlı aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcəklər.

Səhnə əsəri uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara kömək əli uzatmaq kimi nəcib hissləri aşılayır.

# 1050 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #