Məşhur aktrisamız Türkiyə mətbuatında

Məşhur aktrisamız  Türkiyə  mətbuatında
23 sentyabr 2015
# 14:38

Türkiyənin məşhur “Sanet” jurnalının avqust nömrəsi üz qabığında xalq artisti sənətşünaslıq doktoru, professor Amaliya Pənahovanın şəkli ilə oxucuların və teatr pərəstişkarlarının diqqətinə təqdim edilib.

Kulis xəbər verir ki, teatr, balet və opera mövzusunda yazılar yer alan dərgi peşəkarlar arasında çox mötəbərdir. Amaliya xanımın yubiley tədbirinə qatılan dərginin yazarı tədbir və aktrisanın yaradıcılığı haqqında geniş məqalə ilə çıxış edib. Xatırladırıq ki, tədbirdə aktrisanın yaradıcılığı TÜRKSOY tərəfindən də yüksək qiymətləndirilib və Beynəlxalq təşkilatın Haldun Taner medalına layiq görülüb.

Bu il 100 illik yubileyi qeyd olunan dahi Türk dramaturqu Haldun Tanerin xatirəsinə təsis edilmiş ödül TÜRKSOY-un ali mükafatlarındandır və Amaliya xanım ilk Azərbaycan sənət xadimidir ki , bu mükafata layiq görülüb.

TÜRKSOY-un rəsmi saytı da sənətkarın yaradıcılığına geniş yer ayırıb.

# 964 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #