Toğrul Nərimanbəyovun dəfn qalmaqalı

Toğrul Nərimanbəyovun dəfn qalmaqalı
9 iyun 2013
# 11:39
Azərbaycanın və SSRİ-nin xalq rəssamı Toğrul Nərimanbəyov iyunun 2-də Fransada dünyasını dəyişib. Rəssamın qızı Əsmər Nərimanbəyovun ANS-ə verdiyi məlumata görə, 6 gün əvvəl rəhmətə gedən atasının ölümü barədə onlar yalnız dünən xəbər tutublar. Rəssam iki ay əvvəl Parisdəki hospitallardan birində ürək klapanlarını dəyişdirib. Əməliyyatdan iki ay sonra o, yenidən hospitala qaytarılıb və orada dünyasını dəiyşib. Atasının ölüm xəbərini eşidəndən sonra qızı Parisə getsə də, rəssamın meyitini Azərbaycana gətirməkdə ciddi maneə ilə qarşılaşıb. Belə ki, rəssamın ikinci yoldaşı olan Sevinc Nəzafzadə Toğrul Nərimanbəyovun Fransada dəfn edilməsində israr edir.
Rəssamın meyiti indi Parisdə morqda saxlanılır. Onun ikinci ailəsi ilə yaranan narazılığı aradan qaldırmaq üçün Əsmər Nərimanbəyova işə fransalı vəkilləri də cəlb edib. Bu işdə rəssamın qızına Azərbaycanın Fransadakı səfirliyi də köməklik göstərir. Rəssamın qızı deyir ki, atası Azərbaycanda dəfn edilməsini istəmişdi. Yeri gəlmişkən, onu da qeyd edək ki, Toğrul Nərimanbəyov 2001-ci ildən, Parisdəki qalereyalarla müqavilə əsasında əməkdaşlıq etdiyindən, ilin yarısını orada çalışmalı olurmuş.
Xatırladaq ki, Toğrul Nərimanbəyov 1930-cu ildə Bakıda doğulub. Onun əsərləri əsasən romantik aspektdə işlənmiş tablolardan ibarət olub. R Həmkarları hətta onu belə xarakterizə edirdilər: çılğın ehtiras, qaynarlıq, güclü xarakter, emosional yüksəliş onun yaradıcılığının əsasıdır. Əsərləri arasında 'Göyçay bağlarında', 'Narlar və armudlar', 'Köhnə çinar' və 'Qız qalası' daha məhşurdur.
# 2300 dəfə oxunub

Müəllifin son yazıları

# # #