Dünyanın ən bahalı rəsmi sərgilənəcək

Dünyanın ən bahalı rəsmi sərgilənəcək
4 iyul 2018
# 11:00

Sentyabrın 18- də Leonardo da Vincinin İsa peyğəmbərin tablosunu yaratdığı məşhur “Savador Mundi” (“Dünyanın xilaskarı”) əsəri Birləşmiş Ərəb Əmirliyinin Luvr Əbu Dabi muzeyində nümayiş olunacaq.

Kulis.azın türk saytlarına istinadən verdiyi xəbərə gör, əsərin gələn il Parisdəki Luvr muzeyində nümayişi də gözlənilir.

500 illik tarixə malik “Savador Mundi” 2017-ci ildə Nyu-Yorkda hərrac zamanı 450,3 milyon dollara satılaraq, dünyanın ən bahalı əsəri adını qazanıb.

Qeyd edək ki, əsər 1958-ci ildə Londonda keçirilən hərrac zamanı 60 dollara satılıb. O zaman əsərin müəllifinin Leonardo da Vinçi olduğu məlum olmayıb. 1519-ci ildə vəfat edən dahi rəssamın 20 əsəri bu günümüzə gəlib çatıb.

# 1329 dəfə oxunub

Müəllifin son yazıları

# # #