Teatr xadimləri mükafatlandırılacaq

Teatr xadimləri mükafatlandırılacaq
29 iyun 2017
# 15:31

Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümü ərzində seçilənlər mükafatlandıracaqlar.

Bu barədə Kulis.az-a teatrdan xəbər veriblər.


Mükafat 12 nominasiya üzrə təqdim ediləcək. “Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “Mövsümün seçilən aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün məhsuldar aktyoru” və digər nominasiyalar üzrə təyin olunmuş qaliblər mövsümün sonunda təltif olunacaqlar.


“Sima” mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə 2014-2015-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi tərəfindən təsis olunub.

# 990 dəfə oxunub

Müəllifin son yazıları

# # #