Kann festivalının qalibləri məlum oldu

Kann festivalının qalibləri məlum oldu
23 may 2016
# 10:06

Britaniya rejissoru Ken Louçun “Mən Daniel Bleykəm” filmi Beynəlxalq Kanna festivalında Qızıl palma mükafatına layiq görülüb. Kulis.Azın xarici mətbuata istinadən verdiyi məlumata görə Louçun filmi səhhəti ilə əlaqədar iş qabiliyyətini itirən dul fəhlədən bəhs edir.

Əsas yarışda 21 ekran əsəri iştirak edib. Festivalın “Qran-Pri”si “Bu sadəcə dünyanın sonudur” filminə görə kanadalı rejissor Ksavye Dolana verilib.

Ən yaxşı rejissor işinə görə mükafatını münsiflər rumın Kristian Munjiuya (“Buraxılışı”) və iranlı Əsgər Fərhadiyə (“Kommivoyajor”) verildi. Münsiflərin mükafatı “Amerikalı sevgili” filminə görə britaniyalı Andrea Arnolda verildi. Ən yaxşı aktyor nominasiyasında mükafata Əsgər Fərhadinin “Kommivoyajor” filmindəki roluna görə Şahab Hüseyni sahib oldu. Ən yaxşı qadın aktrisa nominasiyasında qalib isə filippinli Briyante Mendosanın "Ma' Rosa" filmində oyanmış Jaklin Xose oldu.

Festivalın "Palme D'Honneur" adlı xüsusi mükafatı Fransua Trüffonun, Jan-Lyuk Qodarın, Pyer Paolo Pazolininin, Bernardo Bertoluççinin filmlərində çəkilmiş aktyor Jan Pyer Leoya verilib.

“Qısa metr” proqramında mükafata ispan rejissor Xuanxo Himenes layiq görülüb.

Festival 11-22 may tarixlərində Fransada keçirilib.

# 1095 dəfə oxunub

Müəllifin son yazıları

# # #