Ermənini oynadı, ən yaxşı aktyor oldu

Ermənini oynadı, ən yaxşı aktyor oldu
10 sentyabr 2015
# 11:28

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Xəyal Salahov “Bakı Oskarı qısametrajlı filmlər” Festivalının qalibi olub. Teatrın mətbuat xidmətinin Kulisə verdiyi məlumata görə aktyor “Məriz” qısametrajlı filmində canlandırdığı erməni roluna görə Festivalın “Ən yaxşı aktyor” nominasiyası ilə mükafatlandırılıb.

Gənc rejissor Elvin Abdullayevin quruluş verdiyi 11 dəqiqəlik film Qarabağ hadisələrinin 13 yaşlı Qeyrət adlı gəncin yaddaşında buraxdığı ağır psixoloji təsirindən bəhs edir.

Ümumilikdə 29 filmin daxil edildiyi festivalın əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək, gələcəkdə özünü bu sahədə sınamaq istəyən, istedadlı olduğuna inanan gənclərə dəstək olmaq, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaq və stimullaşdırmaqdan ibarətdir.

# 1086 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #