Məşhur aktyor Altsqeymer xəstəsi oldu

Məşhur aktyor Altsqeymer xəstəsi oldu
26 may 2015
# 10:36

Aktyor Ömər Şərif Altsqeymer xəstəliyindən əziyyət çəkir. Kulisin rus mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə aktyorun oğlu Tarek əl-Şərif məlumat verib.

Əl-Şərif deyib ki, o, məşhur aktyor olduğunu xatırlayır, amma detalları qarışdırır, filmləri unudur: “Məsələn “Doktor Jivaqo”nu “Ərəbistanlı Lourens” adlandırır. Küçədə adamlar onu tanıyanda təəccüblənir.”

Aktyorun oğlunun sözlərinə görə, atasında bu xəstəliyin simptomları üç il əvvəl görünüb. Məhz Altsqeymer xəstəliyi üzündən aktyor ona təklif olunan rollardan imtina edib və karyerasına demək olar ki, son qoyub. Aktyor hətta bu ilin yanvar ayında arvadının öldüyünü də xatırlamır və tez-tez onu soruşur.

Ömər Şərifə “Ərəbistanlı Lourens” filmi böyük şöhrət gətirib. Bu filmə görə, o 1962 ci ildə “Oskar” və “Qızıl qlobus”la mükafatlandırılıb. O, həmçinin “Doktor Jivaqo”, “Makennanın qızıllları”, “Gülməli qızcığaz” filmlərində oynayıb.

Maraqlısı odur ki, Şərif 2009-cu ildə “Mən sizə deməyi unutdum” filmində Altsqeymer xəstəliyindən əziyyət çəkən adamın obrazını yaradıb.

# 1103 dəfə oxunub

Müəllifin son yazıları

# # #