Mətanət Əlverdiyeva: "Qanuna qalsa.."

Mətanət Əlverdiyeva: "Qanuna qalsa.."
9 dekabr 2014
# 14:50

“Qanuna qalsa qanunu hamı pozur. Dünyanın bir çox tanınmış insanları da reklama çəkilir, aparıcılar da, siyasətçilər də”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada ATV-nin xəbərlər proqramın aparıcısı Mətanət Əlverdiyeva deyib.

Mətanət Əlverdiyev Türkiyənin ən tanınmış aparıcılarından biri Mehmet Ali Birandı nümunə göstərərək reklama çəkilməyində qeyri-adi bir şey olmadığını söyləyib.

Xatırladaq ki, “Televiziya və radio yayımı haqqında” qanuna görə gündəlik teleradio verilişlərində aparıcılıq edən şəxslərin reklamda iştirak eləmələri yolverilməzdir. Buna baxmayaraq tanınmış xəbər aparıcıları Samirə Mustafayeva və Mətanət Əlverdiyeva müxtəlif məhsulların reklamlarında yer alırlar. Kulis.az-a verdikləri açıqlama media ekspertləri bununla bağlı öz narazılıqlarını bildiriblər.

# 2153 dəfə oxunub

Müəllifin son yazıları

# # #