Qəşəm Nəcəfzadə drellə yazır...

Qəşəm Nəcəfzadə drellə yazır...
30 iyul 2014
# 11:31

Tanınmış telejurnalist Nəsimi Nəbizadə bayram günləri öz facebbok səhifəsində yazar həmkarları ilə maraqlı zarafatlar edib. Kulis.Az bu zarafatları təqdim edir

O gün olsun, Murad Kohnəqala... bu qala daşlı qala, çınqıllı daşlı qala...

O gün olsun, Qəşəm Nəcəfzadə... elə-belə, mırta yazdım... Qəşəm gözəl şairdi, prosta drellə yazır...

O gün olsun Əsəd Qaraqaplanın planı dolsun... bu irəmazandan istəmişəm...)))

O gün olsun Şərif Ağayar "Halalı" yazsın... bu irəmazandan istəmişəm...

O gün olsun hamınız İlqar Rəsulu başa düşəsiz... bu irəmazandan istəmişəm...

O gün olsun Etimad Başkeçid... o xal nə xaldır qoşa düzdürmüsən...

O gün olsun Yafəs Türksəs Şrekə kəllə atsın...! Bu irəmazandan istəmişəm...

O gün olsun ki, Mirzə Sakitlə "Nənəmin ehsanı" kafesinə bir də gedək... bu irəmazandan istəmişəm!

O gün olsun Mirmehdi Ağaoğlu Nobel (lüft pauza) prospektində “probka”da qalsın... bu irəmazandan istəmişəm!

O gün olsun Cavid Zeynallı... Leylam, Leylam, mənim Leylam!

O gün olsun Ferid Huseyn Şəhriyar del Pyeronun toyunda "İran təranələri" oynasın... bu irəmazandan istəmişəm!

O gün olsun, Aydın Xan... xatuba, xatuba...

O gün olsun, Salam məleykim, nə var, nə yox?

O gün olsun Ömər Xəyyam rep oxusun... bu irəmazandan istəmişəm...

O gün olsun Kəramət Böyükçöl Qəşəmə möhtac qalsın... bu irəmazandan istəmişəm...

O gün olsun mir Cəlil Cavanşirin cəddi corabını cırsın... bu irəmazandan istəmişəm...

O gün olsun Mövlud Mövludun oğlu olsun, adını da Mövlud qoysun... bu irəmazandan istəmişəm...

O gün olsun Zaur Xudiyev Nizami Xudiyevdən futbolla bağlı müsahibə götürsün... bu irəmazandan istəmişəm.

O gün olsun Sebuhi Memmedli haqq yoluna gəlsin... bu irəmazandan istəmişəm!

# 2751 dəfə oxunub

Müəllifin son yazıları

# # #