“Buratino” azərbaycanca danışacaq

“Buratino” azərbaycanca danışacaq
1 may 2013
# 10:46

May ayının ortalarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Buratino” tamaşanın premyerası keçiriləcək. “Mədəniyyət” qəzetinin verdiyi xəbərə görə tamaşa rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və ya Buratinonun sərgüzəştləri” nağıl-povestinin əsasında hazırlanır. Xorvatiyalı rejissor İvitsa Simiçin səhnələşdirəcəyi tamaşanın məşqlərinə artıq başlanılıb.

“Buratino” rolunu gənc aktrisa Roza İbadova və onun dublyoru Asya Atakişiyeva oynayacaq. Digər rolları Almaz Mustafayeva, Şəfəq Əliyeva, Manaf Dadaşov, Gülbəniz Mustafayeva, Səfa Mehdi, Anar Seyfullayev, Zümrüd Hüseynova, Elşən Hacıbabayev və başqaları canlandıracaq.

# 2376 dəfə oxunub

Müəllifin son yazıları

# # #