Qremmi mükafatının qalibləri bilindi

Qremmi mükafatının qalibləri bilindi
29 yanvar 2018
# 10:03

İfaçı Bruno Mars bir neçə nominasiyada Qremmi mükafatı qazanıb. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumatına görə onun “That's What I Like” adlı mahnısı ilin mahnısı seçilib.

Bundan başqa onun "24K Magic" albomu da “İlin ən yaxşı albomu” nominasiyasında qalib olub. Bruno Mars “Ən yaxşı səsyazma” nominasiyasında da mükafata sahib olub.

“Ən yaxşı klassik instrumental solo ifa” nominasiyasında birinci yerə rus pianoçu Daniil Trifonov layiq görülüb.

“Ən yaxşı pop ifa” nominasiyasında Ed Şiran qalib olub.

Aktrisa Kerri Fişer ölümündən sonra “Ən yaxşı sözlü albom” nominasiyasında qalib olub. Mükafat ən yaxşı poetik seçmələrə və ya audiokitablara görə verilir.

60-cı Qrəmmi mükafatı bazar günü Nyu-yorkda təqdim olunub.

# 1642 dəfə oxunub

Müəllifin son yazıları

# # #