Mövsüm “Çipollino” ilə bağlanacaq

 Mövsüm “Çipollino” ilə bağlanacaq
30 may 2017
# 18:00

Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq layihə əsasında hazırlanacaq yeni uşaq tamaşasının məşqlərinə start verilib.

Kulis.az-ın teatra istinadən verdiyi xəbərə görə, Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova hazırlanacaq yeni səhnə əsərinin quruluşçu rejissoru olacaq.

Rejissor teatrın 2017-ci il üçün repertuar planında təsdiq olunmuş C.Rodarinin “Çipollino” əsəri əsasında eyniadlı tamaşaya quruluş verəcək.

Tamaşanın səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.

Yeni tamaşada rolları Səbinə Məmmədova, Xəyalə Meydanova, Aygün Fətullayeva, Mehriban Abdullayeva, Hüsniyyə Əhmədova, Zülfiyyə Alhüseynova, Venera Abbasova, Təhminə Məmmədova, Mehriban Hüseynova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Nuranə Hüseynova, İlham Əsədov, Aydın Dəmirov, Anar Seyfullayev, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Ramil Məmmədov, Anar Səfiyev, Vahid Orucoğlu, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Müşfiq Əliyev, Yusif Dadaşov, Natiq Fərzəliyev ifa edəcəklər.

İyunun 25-də premyerası olacaq “Çipollino” ilə teatrın 89-cu mövsümü yekunlaşacaq.

# 1072 dəfə oxunub

Müəllifin son yazıları

# # #