Bu əsər 54.5 milyon dollara satıldı

Bu əsər 54.5 milyon dollara satıldı
15 noyabr 2016
# 10:31

Norveç rəssamı Edvard Munkun “Qızlar körpüdə” tablosu Sotheby's hərracında 54.5 milyon dollara satılıb. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu qiymət əsər üçün rekord göstəricidir.

“Qızlar körpüdə” əsəri Munkun 1900-cü illərdə çəkməyə başladığı eyni adlı seriyanın bir nümunəsidir. 1902-ci ildə çəkilmiş əsərdə rəssamın sevimli Osqorstrann şəhərindəki bir körpünün ortasında dayanmış qızlar təsvir olunub.

Bu əsər norveçli ekspressionist rəssamın işləri içində iki dəfə ən bahalı tablo olub. Əsər 1996-cı ildə 7.7 milyon dollara, 12 il sonra isə 30.8 milyon dollara satılıb. Hazırda Norveç rəssamının ən bahalı əsəri 2012-ci ildə satılmış “Çığırtı”dır. O, 120 milyon dollara hərracdan getmişdi.

Bu il Sotheby's-nin Nyu-Yorkdakı hərracında “Qızlar körpüdə” əsərinin ilkin qiyməti 43 milyon dollar təyin olunmuşdu. Sövdələşmə nəticəsində tablo 54.5 milyona satılıb.

Munkun “Verandadakı qadın” əsəri isə 2 milyon dollara satılıb.

# 1018 dəfə oxunub

Müəllifin son yazıları

# # #