Nazir artistlərin davasından danışdı

Nazir artistlərin davasından danışdı
19 oktyabr 2015
# 12:17

“Mədəniyyət, incəsənət, şou-biznes cəmiyyətə açıq olan sahələrdir. İstər-istəməz burda gedən proseslər ictimaiyyətin diqqətinə çatır. Bu sahəni təmsil edən insanlar məsuliyyəti dərk etməlidirlər. Mədəniyyət sahəsini təmsil edən insanların davranışının inzibati yolla qarşısının alınması mümkün deyil”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ölkə başçısı tərəfindən yüksək adlara layiq görülən insanlar bu məsuliyyəti yalnız səhnəyə çıxmaqla bitmiş hesab etməməlidirlər: “O insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə buna əməl etməlidirlər, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-sadə doğuracaq. Mən kimə deyə bilərəm ki, vuruşmasın? Yenə deyirəm, burda inzibati tədbirdən söhbət gedə bilməz”.

# 1147 dəfə oxunub

Müəllifin son yazıları

# # #