“Fransada baş vermiş terror aktında günahı ilk növbədə jurnalistlərdə görürəm”.
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev (Anar) Parisdəki “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilmiş silahlı basqını şərh edərkən deyib.
Anarın sözlərinə görə, kimsənin milyonların itaət etdiyi islamın sonuncu peyğəmbərini lağa qoymağa, onun karikaturasını çəkməyə ixtiyarı yoxdur: “Əlbəttə ki, mən terrora yox deyirəm və onu qətiyyətlə pisləyirəm. Amma jurnalistlər də gərək belə hadisələrdə həssas davransınlar, insanların qüruru ilə oynamasınlar”.