Misirin üsyankar şairi vəfat edib

Misirin üsyankar şairi vəfat edib
4 dekabr 2013
# 13:39

Misir şairi Əhməd Fuad Nehm 85 yaşında vəfat edib. Kulis.azın Reuters agentliyinə istinadən verdiyi xəbərə dissident şair kimi tanınan Nehm dekabrın 3-də ölüb.

Əhməd Fuad Nehm Misir prezidentləri Hüsnü Mübarək, Ənvər Sadat, Həməl Əbdül Nəsir və Məhəmməd Mürsinin ünvanına yazdığı tənqidi şeirlərdən sonra populyarlaşıb. Hər bir prezidentin hakimiyyəti dövründə həbsxanada yatsa da şerlərini öz adı ilə çap etdirməkdən qorxmayıb.

Nehm xalq arasında “Əl Fahumi” yəni “Cəsur”, “Qorxusuz” çağırırdılar. Nəhm “Ərəb baharı”nı dəstəkləyənlərdən biri olub.

# 1739 dəfə oxunub

Müəllifin son yazıları

# # #