BMT-də “sərxoş diplomat” böhranı

BMT-də “sərxoş diplomat” böhranı
6 mart 2013
# 12:58

ABŞ bəzi diplomatların iclaslara içkili girməsi ilə əlaqədar BMT-də vacib qərarların qəbul olunmadığını bildirib.

Kulis.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə BMT-dəki içki böhranı büdcə iclaslarında yaşanmış problemlər səbəbindən gündəmə gəlib. Vaşinqton hökumətinin büdcə məsələləri təmsilçisi Josef M. Torsella bir çox diplomatın müzakirələrin aparıldığı toplantılara içkili girdiyini bildirərək buna görə iclasların uzandığını bildirib. Torsella büdcə komitəsinin iclasında ABŞ-ın müzakirə otaqlarından spirtli içkilərin yığışdırılması təklifini etdiyini bildirib.

Milad bayramı ərəfəsində büdcə görüşlərinin ilk iclasları aparılarkən səhərədək keçən tədbirdə içki su kimi axıbmış. Bəzi diplomatlar da iclaslarda iştirak edən bir çox adamın sərxoş olduğunu söyləyib. “Foreign Policy” jurnalına müsahibə verən bir diplomat isə deyib ki, iclasların birində katib içib yuxulayıbmış.

ABŞ-ın təklifinin həyata keçməsi üçün BMT baş katibi Pan Ki Munun məsələyə münasibət bildirməsi vacibdir. Panın sələfi Kofi Annan 2003-cü ildə BMT-nin Nyu-Yorkdakı mərkəzində siqaret çəkilməsini qadağan etmişdi. Bir çox diplomat bu qərara qarşı çıxmış, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə buna etiraz olaraq otağında və BMT dəhlizlərində siqaret çəkməyə davam etmişdi.

# 2502 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #