Yuğ Teatrı premyeralar ərəfəsində

Yuğ Teatrı premyeralar ərəfəsində
3 may 2016
# 13:38

Yuğ Dövlət Teatrı yeni premyeralar ərəfəsindədir.

Kulis.azın xəbərinə görə, may ayında Mikayıl Mikayılovun quruluşunda hazırlanan “Medeya. Sekvensiya 01” tamaşasının premyerası gözlənilir. Tamaşanın məşqləri yekunlaşmaq üzrədir.

Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan “Medeya. Sekvensiya 01” tamaşasında əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova iştirak edir.

Tamaşanın quruluşçu rəssamı Umay Minnurdur.

May ayının sonlarında premyerası gözlənilən növbəti tamaşa Azərbaycan poeziya nümunələri əsasında hazırlanan “Rindü-Şeyda”dır. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşada Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir.

Yuğ Dövlət Teatrı İngiltərənin Aloff Teatrı ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində ingilis rejissor Matthev Zak Panesh H.İbsenin “Oyuncaq ev” pyesinin adaptasiya variantı əsasında eyniadlı tamaşa hazırlayır, tamaşada Yuğ Teatrının aktyorları – Natəvan Qeybani, Amid Qasımov, Könül Cəfərzadə, Elgün Həmidov və Oqtay Mehdiyev iştirak edir. Tamaşanın məşqləri may ayının əvvəllərində başlayacaq, mayın sonlarında premyera nəzərdə tutulur.

Xatırladaq ki, Yuğ Dövlət Teatrı cari ilin fevral ayından etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir.

# 1341 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #