“Dovşanın ad günü” tamaşası hazırlanır...

“Dovşanın ad günü” tamaşası hazırlanır...
4 dekabr 2015
# 13:08

“Dovşanın ad günü” tamaşası bərpa olunaraq yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuara daxil ediləcək. Kulisin məlumatına görə artıq tamaşanın məşqlərinə start verilib.

Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada mərhum bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunacaq.

Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.

Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa 2016-cı ilin yanvar ayının sonlarında məktəblilərin qış tətili ərəfəsində nümayiş etdiriləcək.

# 1146 dəfə oxunub

Müəllifin son yazıları

# # #