Cem Yılmaz prokurorluğa çağırıldı

Cem Yılmaz prokurorluğa çağırıldı
27 noyabr 2014
# 12:04

Cem Yılmaz sonuncu filmi "Pek yakında"da qadağan olunmuş maddələrdən istifadəyə təşviq etmə ittihamı ilə bağlı ifadə verib. Kulis.Azın sozcu.com.tr. saytına istinadən verdiyi məlumata görə bir gün əvvəl gecə saatlarında gizlicə İstanbul Ədliyyə İdarəsinə gedən Cem Yılmaz, verdiyi ifadədə ittihamı rədd edib.

“Sabah” qəzetinin xəbərinə görə Cem Yılmaz belə bir niyyətinin olmadığını, bu ittihamla qarşılaşdığı üçün məyus olduğunu bildirib. Cem Yılmaz heç kəsə görünmədən Ədliyyə binasını tərk edib.

Xatırladaq ki, bir müddət əvvəl “Asılılığa yox” dərnəyinin rəhbəri professor Orhan Kural “Pek yakında” filmində qadağan olunmuş maddələrdən istifadəyə təşviq etmə iddiası ilə Cem Yılmaz haqqında İstanbul Baş Prokurorluğuna şikayət ünvanlayıb.

# 1705 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #