77 nəfəri öldürən terrorçu haqqında serial

77 nəfəri öldürən terrorçu haqqında serial
13 oktyabr 2014
# 15:39

Norveç uayım korporasiyası 2011-ci ilin 22 iyulunda Norveçin Utey adası və Oslo şəhərində Anders Breyvik tərəfindən törədilmiş terror aktını təsvir edən serialın istehsalına başlayıb. Kulis.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə hələlik serialın premyera tarixi dəqiqləşdirilməyib.

Filmin ssenari müəllifi və rejissorları Sara Yunsen və Pol Şletaundur.

Şletaunun söylədiyinə görə, ideyaya görə serialın əsasında terror aktının özü yox, polislərin, həkimlərin və jurnalistlərin birgə işi dayanır. Rejissor həm də onu əlavə edib ki, Yunsenlə birgə Norveçin portretini göstərməyə cəhd ediblər.

Prodüserlərin sözlərinə görə, onların hadisənin maksimal dəqiqliyini göstərmək fikri yoxdur, filmdə bədii təxəyyül çoxdur. Məlumata görə 22 iyul qurbanlarının yaxınlarının Milli Şurasının sədri Tronn Henri Blattmann və terror aktında həlak olanlardan birinin atası serial çəkilməsi fikrinə qarşı çıxıblar. O öz mövqeyini belə ifadə edib: “Hadisələrdə onsuz da dramatik məqamlar çoxdur”.

Anders Breyvik 2011-ci ilin 22 iyulunda Oslonun inzibati kvartalında partlayış törədib. Partlayış nəticəsində 8 adam həlak olub. Elə həmin gün o, Utey adasındakı gənclər düşərgəsində qonaqları və inzibatçıları güllələyib, nəticədə 69 insanı qətlə yetirib. Breyviki müddətin qeyri-müəyyən vaxta qədər uzadılması şərti ilə 21 il azadlıqdan məhrum edilib.

# 2422 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #