Kann festivalında SEKS QALMAQALI

Kann festivalında SEKS QALMAQALI
14 may 2014
# 14:57

Bu gün açılacaq 67-ci Kann festivalı qalmaqalla başlayır.

Kulis.az məlumatına görə, festival Nikol Kidmanın baş rolu oynadığı “Monako şahzadəsi” filmi ilə açılacaq. Amma knyaz ailəsi filmin nümayişinə gəlməkdən imtina edib.

Film dövrünün ən məşhur aktrisalarından biri, sonradan karyerasından imtina edərək Monako knyazı III Renyeyə ərə gedən Qreys Kelliyə həsr olunub.

Aktrisanın ailəsinin fikrincə, lent tarixi təhrif edib.

Filmdə göstərilir ki, Hollivud ulduzu ailə quranda kino-karyerası ilə vidalaşmaq onun üçün çətin olub. Festival rəhbərliyi isə deyib ki, Olivye Daanın filmi sənədli yox, bədiidir.

Mübahisə doğuran digər lent isə əsas proqramda yarışacaq, rejissor Bertrand Bonellonun “Sen Loran” ekran əsəridir. Məşhur fransız modelyeri İv Sen Lorana həsr olunmuş film tənqidçilərdə və publikada maraq doğursa da, modelyerin yaxınları filmi yaxşı qarşılamayıb.

Başqa bir mübahisə isə Abel Ferraranın Jerar Depardyenin iştirakı ilə çəkdiyi “Nyu Yorka xoş gəldiz” filmi ilə bağlıdır.

Rejissor Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kanla bağlı seks motivli qalmaqalı lentə alıb.

Bu film “Kann”ın rəsmi proqramına salınmayıb. Əvəzində festivalın qızğın vaxtı internetdə premyerası olacaq və Depardyenin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

# 5028 dəfə oxunub

Müəllifin son yazıları

# # #