Bu adamlarla oturub-durmayın...

Bu adamlarla oturub-durmayın...
4 oktyabr 2019
# 21:00

Yeni həyata başlamaq və uğur qazanmaq üçün çox şeylər etməliyik, həm də bəzi addımları atmamalıyıq.

Kulis.az uğur qazanmaq istəyən insanın irəli getməyi üçün həyatında etməməli olduğu şeyləri təqdim edir.

O adamlarla vaxt keçirməyi qurtarın.

Əsl dostlar, uğurlu vaxtlarınızda sizə dəstək verənlər yox, sizin işləriniz pis gedəndə, sizinlə birlikdə olanlardır. Necə deyərlər, dost dar gündə tanınar. Əsl dostunuz olmayanlarla vaxt itirməyin.

Problemlərinizdən qaçmağı qurtarın.

Onlarla üz-üzə gəlməyi bacarın. Bəli, bu asan olmayacaq. Yer üzündə zərbələrə ideal tab gətirə biləcək varlıq yoxdur. Sizdən dərhal problemləri həll etmək tələb olunmur. Problemlə üzləşmək, onu öyrənmək, adaptasiya olmaq və sonda həll etmək...

Özünüzə yalan danışmağı qurtarın.

Başqalarına olar, amma özünüzə yalan danışmayın. Həyatımızı yaxşılaşdırmaq üçün risklərə getməliyik, ən çətin risk isə - özümüzə qarşı vicdanlı olmaqdır.

Başqası olmağı qurtarın.

Bu həyatda ən çətin tapşırıqlardan biri – özümüz kimi olmaqdır. Kimsə daha gözəl ola bilər, kimsə daha gənc ola bilər, kimsə daha ağıllı ola bilər həmişə, amma siz o deyilsiniz, siz özünüz olmalısınız.

Keçmişlə yaşamağı qurtarın.

Keçmişi silib atmasanız, yeni həyata başlamağınız çox çətin olacaq.

Səhv etməkdən qorxmağı qurtarın.

Səhv etmək, heç nə etməməkdən 10 dəfə daha effektivdir. Hər bir uğurun içində onlarla uğursuzluq var və hər bir uğursuzluq uğura aparır bizi.

Xoşbəxtliyi pulla almaq cəhdlərini qurtarın.

Bizim istədiklərimizin çoxu bahadır. Amma bir həqiqət var – bizi əsl mənada xoşbəxt edən şeylər pulsuzdur: sevgi, gülüş...

Hazır olmadığınızı düşünməyi qurtarın.

Heç kim heç vaxt özünü nəyəsə 100 faiz hazır hiss etmir. Ciddi fürsətlərin böyük əksəriyyəti bizi öz rahatlığımızın sərhədlərini aşmağa məcbur edir.

İzahat verməyə vaxt sərf etməyi qurtarın.

Dostlarınızın sizin izahatınıza zatən ehtiyacı yoxdur, düşmənləriniz isə sizə inanmayacaq. Ona görə də nəyi həqiqətən doğru bilirsinizsə, onu edin.

Hər şeyi ideal etmək cəhdlərini qurtarın.

Real dünya perfektsionistləri deyil, öz məqsədinə çatmaq üçün çalışanları qiymətləndirir.

# 7129 dəfə oxunub

Müəllifin son yazıları

# # #