Nəiminin yeni əsərləri tapılıb

Nəiminin yeni əsərləri tapılıb
9 sentyabr 2013
# 11:01

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından hürufiliyə dair iki əsərin surətini əldə edib. İnstitutun direktor əvəzi Paşa Kərimovun Lent.az-a verdiyi məlumata görə, bu əsərlərdən biri hürufiliyin banisi Fəzlullah Nəimiyə aid edilən «Bəşarətnamə» risaləsinin türkcəyə tərcüməsidir. İndiyə qədər tədqiqatçılar F. Nəiminin əsərləri arasında «Bəşarətnamə» əsərinin adını çəkməyiblər. Sadə bir dildə, nəzmlə tərcümə edilmiş əsər əlyazmanın 30 vərəqinə köçürülüb. Burada ərəb hərflərinin müqəddəsliyindən danışılır, Quran və hədislərdən istifadə edilməklə varlıq, insan və əşyaların hərflərdən yarandığı göstərilir.

Əsər bitdikdən sonra görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəverdinin ərəbcə yazdığı «Fütuhnamə» əsərindən kiçik bir hissə verilib.

İkinci əsər isə Xeyrəti adlı hürufi şairin 20 əlyazma kitabı vərəqinə köçürülmüş şeirlərindən ibarətdir.

# 2162 dəfə oxunub

Müəllifin son yazıları

# # #