“Dan ulduzu”ndan retro konsert

“Dan ulduzu”ndan retro konsert
21 sentyabr 2017
# 09:50

Sentyabrın 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Ötən illərin nəğmələri” adlı konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə Əməkdar artistlər Lalə Məmmədova, Zakir Əliyev, Rəşad İlyasov, müğənnilər Zabitə Əliyeva, Rövşən Əziz, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, Emiliya Yaqubova, Sərxan Bünyadzadə və başqaları çıxış ediblər.

Gecədə görkəmli bəstəkarlarımız Gülarə Əliyevanın “Şur fantaziyası”, Emin Sabitoğlunun “Qəlbimdə qaldı”, “Bu gecə”, “Güllər”, “Bəlkə də”, “Ağ çiçək”, Elza İbrahimovanın “Qurban verərdim”, “Sən yadıma düşəndə”, “Mehribanım”, Ramiz Mirişlinin “Bir xumar baxışla”, “Bir könül sındırmışam”, Oktay Kazıminin “Bəs nə deyim” mahnıları səsləndirilib.

Qeyd edək ki, “Dan ulduzu” instrumental ansamblı 1966-cı ildə pianoçu, Əməkdar İncəsənət Xadimi Gülarə Əliyeva tərəfindən yaradılıb. O, ansamblın bədii rəhbəri olmaqla yanaşı, fortepiano partiyalarını da ifa edib.

# 1325 dəfə oxunub

Müəllifin son yazıları

# # #