Bakıda tolerant gənclik sərgisi olacaq

Bakıda tolerant gənclik sərgisi olacaq
30 sentyabr 2016
# 11:08

Sentyabrın 30-da Muzey Mərkəzində “Tolerant Azərbaycan gənci” adlı sərgi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Sərgidə uşaq və gənc fırça ustalarının əl işləri nümayiş olunacaq.

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində gerçəkləşəcək sərgidə uşaqların 33, gənclərin isə 40-dək müxtəlif janrlarda işlədikləri əsərlər sərgilənəcək.

Oktyabrın 2-dək davam edəcək sərginin ekspozisiyasında tolerantlıq mövzusu ilə əlaqədar heykəllər də nümayiş olunacaq.

Qeyd edək ki, sərginin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunması, Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdim etməkdən ibarətdir. /Azertac/

# 1042 dəfə oxunub

Müəllifin son yazıları

# # #