Almaz Ələsgərlini soyundurdular

Almaz Ələsgərlini soyundurdular
12 fevral 2015
# 21:00

Zaman o zaman idi ki, saytların sayı bir əlin barmağını keçməzdi, internet mp3 yükləmək, çatlaşmaq, videoya baxmaq yeri idi.

Ölkə əhalisinin cüzi hissəsi qəzet oxuyurdu və hər adamın da oxuduğu bir qəzet vardı, digər qəzetdə yazılanlardan da çox xəbər tutmazdı.

Bu gün internet mediasının tık topladığı xəbərlər qəzetin 16-cı səhifəsində yer alardı və bu səhifəni də adətən ən təcrübəsiz jurnalistlərə həvalə edərdilər.

Zamanlar dəyişdi, ayrılıq girdi araya.

İnternet saytlar çoxaldı, ölkə əhalisi də sürətlə sürətli internetə qoşularaq bir anda media oxucularının sayı yüz dəfələrlə artdı.

Bir anda tamaşaçıdan oxucuya çevrilən yüz minlərlə adam yarandı.

Dünyanın hər yerində qəzet mediası TV-yə görə daha intellektual, daha dolğun və daha analitikdir.

Bu mənada yüz minlərlə oxucu öz zövqünü mediaya diqtə etdirməyə başladı.

Televiziyaların kriminal xəbərləri, “Şok” nidaları internetə töküldü.

Qəzetlərin zəifləməsi fonunda internet mediasının güclənməsi prosesi baş verdi, lakin orda da qəzetlərin yox, televiziyanın və hakim kütlə psixologiyasının stereotipləri yarandı.

Bunun nəticəsində media getdikcə maarifçi, məlumatlandırıcı funksiyasını itirməyə və bayağılaşmağa başladı.

Artıq məqsəd oxucuya xəbərə çatdırmaq deyil, “tık” toplamaqdır.

“Almaz Ələsgərlini soyundurdular” xəbərləri ilə biz hara gedirik?

Söhbət bu cür xəbərlərə tələbat olmasından getmir.

Medianın maarifçilik funksiyası da var.

Hər nə qədər unudulsa belə var...

Layihənin digər yazıları:

Maşında sevişməyin cəzası

Cazibədar aparıcının çiyələyi

# 1187 dəfə oxunub

Müəllifin son yazıları

# # #