Vaqif Səmədoğlu İsrailə aparıldı

Vaqif Səmədoğlu İsrailə aparıldı
26 noyabr 2014
# 11:44

Xalq şairi Vaqif Səmədoğlu müalicə üçün yenidən İsrailə aparılıb.

Şairin qızı Nigar Vəkilovanın APA-ya verdiyi məlumata görə, V. Səmədoğlu bu gün səhər həyat yoldaşı Nüşabə Vəkilova ilə bir yerdə xüsusi təyyarə ilə İsrailə yola salınıb.

Qeyd edək ki, bir neçə gün öncə V. Səmədoğlunun səhhətində yenidən problem yaranıb. Şair xərçəng xəstəliyindən əziyyət çəkir.

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #