Elmir Mirzəyev mühazirə deyəcək

Elmir Mirzəyev mühazirə deyəcək
18 noyabr 2014
# 13:16

Kapellhaus Alman-Azərbaycan Mədəniyyət Mərkəzində kulturoloq, publisist və bəstəkar Elmir Mirzəyevin “Totalitarizm və Avanqard XX əsr Avropa incəsənəti prizmasında” adlı mühazirələri keçiriləcək. 21-22 noyabr tarixlərində, saat 19.00-da keçiriləcək mühazirələr Birinci Dünya Müharibəsinin başlanmasının 100 illiyinə həsr edilib.

Yeni Tarixin ən vacib və mərkəzi hadisəsi olan bu böyük müharibə ictimai təfəkkürü, o cümlədən mədəniyyət və incəsənəti tamamilə, özülündən dəyişmişdi.

Mühazirənin tezisləri aşağıdakılardır:

ХХ əsr: 1914-cü il Ən Yeni Tarixin başlanğıcı və incəsənətdə yeni imperativlərin peyda olması zamanı kimi

İki dünya müharibəsi 25 illik pauza ilə vahid bir prosses kimi – “zamanla sıxılmış” incəsənət və avanqardın “durdurulması

Yeni Zamanın yetirməsi – təbliğat incəsənət kimi

Birinci Dünya Müharibəsindən sonra totalitarizmin estetikası mühafizəkarlığın avanqarda cavabı kimi

– sosialist realizmi və “ari” incəsənəti “Degenerativ İncəsənətə” (“Entartete Kunst”) qarşı.

1945-ci ildə “Null-Zeit” (Sıfır-Zaman) kontekstində Avropada ənənəvi incəsənətin süqutu

Müharibə sonrakı avanqardın desakralizasiyası və kütləvi incəsənət

Mühazirələr Goethe-Institut tərəfindən təşkil edilib.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

# # #