Ceylan Çexovdan təsirlənibmiş

Ceylan Çexovdan təsirlənibmiş
22 may 2014
# 13:49

Türk rejissoru Nuri Bilge Ceylanın “Qış yuxusu” filmi 67-ci Kann festivalında bu günədək nüfuzlu Le Film Francais və Screen kinojurnallarının reytinq cədvəlində ilk yerləri tutur.

Ceylanın sözlərinə görə filmin çəkilişi zamanı Çexovun üç pyesindən ilhamlanıb. Pyeslərin adını çəkməyən rejissor daha sonra deyib: “Çexov mənim fikirlərimin və hisslərimin mənbəyidir. Onun yaradıcılığı həmişə aktualdır”.

Sonrakı yerləri mavritaniyalı rejissor Abderrahman Sissakonun “Timbuktu”, ingilis Mayk Linin “Uliyam Terner” filmləri tutur.

# 1806 dəfə oxunub

Müəllifin son yazıları

# # #