Gənc yazar AYB-dən üzr istədi

Gənc yazar AYB-dən üzr istədi
12 mart 2014
# 23:06

“Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk etməyimlə bağlı bəyanat verməyim tamamilə emosional bir addım idi. Mən ərizə ilə müraciət etməmişdim. Bunu sadəcə, mətbuat üçün demişdim. Etdiyim hərəkətin yanlış olduğunu başa düşür, AYB rəhbərliyindən və şəxsən Anar müəllimdən üzr istəyirəm”.

Bu sözləri hazırda hərbi xidmətdə olan gənc yazar Ayxan Ayvaz Teleqraf.com-a açıqlamasında deyib. Ayxan Ayvaz qeyd edib ki, bu qərarı verərkən düşünməyib və verdiyi qərarın nə qədər məsuliyyətli olduğunun fərqinə varmayıb: “Hər insanın həyatında belə səhvlər ola bilər. Mən ümid edirəm ki, məni bağışlayacaqlar”.

Qeyd edək ki, Ayxan Ayvaz AYB sıralarını keçən il tərk etmişdi. O, bu addımı Şərif Ağayarın AYB-dən qovulmağına etiraz kimi atmışdı.

Kulis.Az-ın məlumatına görə Gənc Ədiblər Məktəbinin koordenatoru Emin Piri facebook səhifəsində daha iki gənc yazarın AYB-yə qayıtdığını yazıb. Onların kimliyini dəqiqləşdirməyə çalışacağıq.

# 2366 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #