Qaraqanın "Kölgədən adamlar"ı

Qaraqanın "Kölgədən adamlar"ı
14 may 2013
# 14:46

Mayın 26-da Baku Jazz Center-də Qaraqanın yeni solo konserti olacaq. Lent. az-ın məlumatına görə, konsertə “Kölgədən adamlar” adı verilib. Mahnılar akustik piano, saksafon, bass gitara, violonçel və digər klassik musiqi alətlərinin müşayiəti ilə ifa olunacaq.

Mahnıları bəstəkar və aranjemançı Emin Kərimi aranjeman edib. Tədbirdə o, köhnələrlə yanaşı, yeni Soft Rock və Jazz Poetry janrlarında olan mahnılar da oxuyacaq.


Biletlər Jazz Centerin kassalarında satılır.

Xatırladaq ki, Qaraqanın yeni “Evakuasiya” adlı romanı da işıq üzü görüb.

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

# # #