Bu gün “Dünya kitab günü”dür

Bu gün “Dünya kitab günü”dür
23 aprel 2013
# 07:15

Aprelin 23-də UNESCO-nun təşəbbüsü ilə ilə 100 ölkədə milyonlarla insanın qoşulduğu “Dünya kitab günü” qeyd olunur.

1995-ci ildə Barselonada toplanan Dünya Naşirlər Birliyi Konqresi 23 aprel gününün hər il “Dünya kitab günü” olaraq qeyd olunmasına qərar vermiş, həmin il UNESCO tərəfindən də 23 aprel “Dünya kitab günü” olaraq qəbul edilmişdi.

23 aprel tarixinin seçilməsində M. Servantes, U. Şekspir, L. Veqa, V. Nabokov kimi bir çox məşhur yazarın doğum ya da ölüm günü olması əsas götürülüb.

Bu günü qeyd etməkdə əsas məqsəd kitabın və mütaliənin dəyərini dünya miqyasında artırmaq, nəşr və nəşr hüququna, söz və ifadə azadlığına hörmətə təşviq etmək, ölkələrarası mədəni əlaqələrinin möhkəmlənməsindən başqa kitabın qarşılıqlı anlaşmaya, dünyada sülhə xidmət edən bir vasitə olmasını göstərməkdir.

# 3179 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #