Əliağa Vahid gecəsi keçirilib

Əliağa Vahid gecəsi keçirilib
30 sentyabr 2017
# 10:40

Sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçirilib.

Gecədə Xalq Artisti Əminə Yusifqızı, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Pərviz Qasımov, Nigar Şabanova, Abgül Mirzəliyev, Məhəmməd Nəcəfov, Gülnar Qüdrətli, Elnur Zeynalov, Vəfa Vəzirova, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Hüseyn Məlikov və Almaxanım Əhmədli çıxış ediblər. Xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndiriblər.

Tədbirdə xanəndələri Xalq Artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib. /azertag.az/

# 1218 dəfə oxunub

Müəllifin son yazıları

# # #