Teatrda Koroğlu-Nigar sevgisi

Teatrda Koroğlu-Nigar sevgisi
14 sentyabr 2017
# 17:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı Bakı Yunis Əmrə İnstitutu ilə birlikdə yeni layihəyə başlayır.

Teatrdan kulis.az-a verilən xəbərə görə, “Eşqi – Nigar” adlanacaq tamaşa türk dünyasının ortaq əfsanəvi qəhrəmanı Koroğlu dastanı əsasında hazırlanacaq.

“Ümid edirəm ki, əfsanəvi xalq qəhərəmanı Koroğlu dastanının əsas obrazlarından olan Nigarın Koroğluya olan sevgi motivləri üzərində qurulan tamaşa həm

Azərbaycan, həm də qardaş Türkiyə tamaşaçıları tərəfindən rəğbətlə qarşılanacaq.” – deyə teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov

layihə iştirakçıları ilə görüşərkən söyləyib.

Tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, səhnələşdirmə müəllifi Amaliya Ömərova, baletmeystr Ceyhun Dadaşovdur.

Tamaşada əsas obrazları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Ramiq Nəsirov, Eyvaz İbrahimov, İlham Əsədov, Vahid Orucoğlu və başqaları ifa edəcəkdir.

Tamaşanın bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Sözügedən layihənin Bakı premyerası bu ilin noyabr ayının 14-də baş tutacaqdır. Sonrakı nümayişlər isə Türkiyə Cumhuriyyətinin Ərzurum, Bolu və digər şəhərlərində nəzərdə tutulur.

# 1066 dəfə oxunub

Müəllifin son yazıları

# # #