Azərbaycan kitabı Belarusiyada

Azərbaycan kitabı Belarusiyada
12 fevral 2015
# 14:54

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fevralın 11-də Belarusiyanın Minsk şəhərində keçirilən XXII kitab sərgisinə qatılıb. Sərginin Fəxri qonağı Çin Xalq Respublikasıdır. 40-a yaxın ölkənin iştirak etdiyi sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hazırlanan stenddə 200 adda kitab yerləşdirilib.

İştirakçılara Azərbaycan Respublikasının tarixini, mədəniyyətini özündə əks etdirən kitablarla yanaşı, 2015-ci il Avropa Oyunlarının keçirilməsi ilə bağlı kitabçalar və fleyrlər paylanıb.

Sərgi 15 fevral tarixinə qədər davam edəcək.

Sərgidə mərkəzi Yaşar Əliyev, Mahir Qarayev təmsil edir.

# 1045 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #