Amerikadan "Şarli Hebdo" tənqidi

Amerikadan "Şarli Hebdo" tənqidi
12 yanvar 2015
# 13:45

“Nyu York Tayms” qəzetinin əməkdaşı Devid Bruks sensasiyalı məqalə ilə çıxış edib. O, “Şarli Hebdo” jurnalında öldürülənləri azadlıq şəhidi saydığını, lakin jurnalın nifrət və diskriminasiya siyasəti yürütdüyünü vurğulayıb.

Jurnalın ABŞ-da fəaliyyət göstərməsinin mümkünsüz olduğunu qeyd edən Bruks bunları yazıb: “Amerikada “Şarli Hebdo” hansısa universitetdə çap edilsəydi, ona 30 saniyə belə dözməzdilər, tələbələr jurnalı irqçilikdə ittiham edər, rəhbərlik də jurnala verdiyi maliyyəni kəsərdi”.

Devid Bruks Paris terroruna görə radikal terrorist qrupların fikirlərinin kəskin tənqid edildiyini, lakin həmin bu tənqidçilərin öz fikirlərini bölüşməyənlərə qarşı qeyri-tolerantlıq nümayiş etdirdiyi bildirir.

Məqalədən bəzi hissələri təqdim edirik:

Amerikalılar peyğəmbər haqqında karikaturaları çap edənləri cəsarətinə görə qiymətləndirir, lakin somalili Ayyan Hirsi Ali (islamçı aktivist) adlı siyasətçi universitetlərə görüşə gələndə onun görüşünün qadağan edilməsi cəhdləri olur.

Bir çoxumuz üçün “Mən Şairliyəm” demək doğru deyil, çünki bir çoxumuz Şarlinin təhrikedici yumor anlayışını bölüşmürük. Mədəni olmaq lazımdır, amma əlbəttə ki, yaradıcı olmaq da gərəkdir.

Euronews

# 2098 dəfə oxunub

Müəllifin son yazıları

# # #