Elnur “Medcezir”ə çəkiləcək

Elnur “Medcezir”ə çəkiləcək
9 dekabr 2014
# 16:13

“O səs Türkiyə” müsabiqəsində hər kəsi heyran edən müğənni Elnur qardaş ölkədə özünü aktyor kimi də sınayacaq.

İfaçı 2013-cü ildən Türkiyənin "Star TV" telekanalında yayımlanan və çox məşhur olan “Medcezir” serialından gələn təklifi artıq qəbul etdiyini bildirib:

“Yaxın günlərdə serialın çəkilişlərinə başlayacağam. İlk xəbəri sizə dedim. Təəssüf ki, daha ətraflı məlumat verə bilməyəcəyəm. Onu da deyim ki, qardaş ölkədə bir sıra layihələr həyata keçirmək, nəinki Türkiyədə, Avropada tanınmaq istəyirəm”. /Bakupost.az/

# 1448 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #